Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti “Nümayəndə günü” keçirilib.

18 iyun 2019 | 16:00

Heydər Əliyev Mərkəzində növbətiİ “Nümayəndə günü” iclası keçirilmişdir. İclasda RİH başçısının 37 İƏD üzrə nümayəndəsi və 34 bələdiyyə sədri iştirak etmişdir. İclasın gündəliyində duran məsələlərlə əlaqədar Rayon Polis Şöbəsinin rəis müavini Cavanşir Hüseynov, İsmayıllı rayon DYNX-nin rəisi İlkin Cəfərov,  6 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi vəzifələrini müvəqqəti icra edən  Ziya Cəbrayılov,  DAİM-nin direktoru Həsən Həsənov iştirak ediblər.
İclası RİH başçısının birinci müavini Rövşən Ağayev açaraq gündəlikdə duran məsələləri iştirakçıların diqqətinə çatdırıb. Sonra taxıl biçini mövsümünün başlanması ilə əlaqədar əkin sahələrində, o cümlədən meşə və yaşayış məntəqələri ərazilərində yanğın təhlükəsizliyi tədbirlərinin görülməsi barədə çıxış etmək üçün sözü Rayon Polis Şöbəsinin rəis müavini Cavanşir Hüseynova verib.
Cavanşir Hüseynov yanğın hadisələrinin baş verməsi və səbəblərinin araşdırılmnası ilə əlaqədar 2018-ci ilin statistikasını təhlil edib. O, icra nümayəndələri və bələdiyyə sədrlərini yanğın təhlükəsizliyinə məsuliyyətlə yanaşmağa dəvət edib. Bildirib ki, əkin sahələrində biçindən sonra yanğın hadisələrinin baş verməsində torpaq mülkiyyətçilərinin də məsuliyyəti aşağıdır, əhali arasında aparılan maarifləndirmə işi zəifdir.
İclasın davamında DYNX-nin rəisi İlkin Cəfərov, 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi rəisinin vəzifələrini müvəqqəti icra edən Ziya Cəbrayılov, DAİM-nin direktoru Həsən Həsənov çıxış edərək, taxıl biçininin təşkili və yanğın təhlükəsizliyinin təmin edilməsi barədə tapşırıq və məsləhətlərini veriblər, bu sahədə yol verilən hüquq pozuntularının ağır nəticələrə gətirib çıxara biləcəyini deyiblər.
İclasda çıxış edən RİH başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rüstəm Səmədov İƏD üzrə nümayəndəliklərin və bələdiyyələrin ötən iclasdan sonrakı fəaliyyətini təhlil  edib, qarşıda duran vəzifələrdən danışıb.
RİH başçısının birinci müavini Rövşən Ağayev “Nümayəndə günü”nü yekunlaşdırıb və hər bir cavabdeh təşkilatın, icra nümayəndəsinin, bələdiyyə sədrinin müzakirə olunan məsələlərlə əlaqədar qarşısında duran vəzifələrə dair  tapşırıqlarını verib.

Keçidlər