İsmayıllı Regional “Fermer evi”ndə seminar keçirilib
20 iyun 2019-cu il tarixdə İsmayıllı Regional “Fermer evi”ndə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnistitutunun təşkilatçılığı ilə “Üzüm-şərab istehsalında beynəlxalq standartların və innovativ texnologiyaların tətbiqi” mövzusunda seminar keçirilib.
Seminarda İsmayıllı və Qəbələ rayonları üzrə üzümçülük və şərabçılıqla məşğul olan 30-a yaxın fermer iştirak edib.
Seminarı giriş sözü ilə İsmayıllı DAİM-in direktoru Həsən Həsənov açaraq tədbir iştirakçılarını İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun adından salamlayıb və belə bir əhəmiyyətli tədbirin təşkilinə görə təşkilatçılara öz minnətdarlığını bildirib.
Sonra təlimin məqsəd və hədəfləri, eləcə də gözlənilən nəticələr, gündəlikdə müzakirəsi nəzərdə tutulan digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, məruzələr dinlənilib.
Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnistitutunun şöbə müdiri, a.e.d., dossent Vüqar Səlimov “Üzümçülükdə innovativ, diferensial texnologiyalar və risklər”, şərabçılıq üzrə ekspert, texnika üzrə fəlsəfə doktoru, dosent Teymur Musayev “Beynəlxalq standartlara əsaslanan şərab istehsalı”, texnika üzrə fəlsəfə doktoru Mövlüd Hüseynov isə “Şərabların qüsur, xəta və xəstəlikləri, onlara qarşı tətbiq olunan texnoloji-mikrobioloji üsullar” mövzularında məruzə ediblər.
Gün ərzində davam edən təlim iştirakçılarla məruzəçilərin debate ilə başa çatıb.