Şriftin ölçüsü :

Saytın rəngi :

Qalınçaq kəndində əhalinin sığortaya cəlb olunması ilə əlaqədar müşavirə keçirilib.

20 iyun 2019 | 16:00

20 iyun 2019-cu il tarixdə Qalınçaq kəndində fiziki və hüquqi şəxslərə məxsus əmlakın, kənd təsərrüfatı bitkiləri və heyvanlarının, bina və qurğuların sığortalanması işinin təşkili üzrə maarifləndirici seminar keçirilib.
       Tədbirdə kənd ictimaiyyətinin nümayəndələri, ziyalılar, bələdiyyə üzvləri və kənd təsərrüfatı məhsulları istehsalçıları iştirak edirdi.
       Tədbiri giriş sözü ilə Qalınçaq kənd İƏD üzrə nümayəndə Ərəstun Tarverdiyev açaraq belə mühüm tədbirin keçirilməsinə və əhalinin sığortaya cəlb olunması istiqamətində aparılan maarifləndirmə işlərinə görə rayon rəhbərliyinə öz minnətdarlığını bildirib. O qeyd edib ki, əhalinin sığortaya cəlb olunması ilə əlaqədar ciddi nöqsanlar vardır və bununla əlaqədar görüləsi işlərimiz  coxdur.
       Rayon İcra Hakimiyyətinin əməkdaşı Qiyas Abdullayev çıxış edərək sığortanın cəmiyyətin ictimai-iqtisadi həyatının bütün tərəflərini əhatə etməklə əhalinin maddi-rifah halının və sahibkarlıq riskinin zəmanətçisi kimi təsir göstərdiyini, gözlənilməz hadisələr zamanı əmlak mənafelərinin qorunmasında, dövlətin maliyyə sisteminin möhkəmləndirilməsi istiqamətində mühüm əhəmiyyət daşıdığını və əhalinin sığortanın imkanlarından səmərəli istifadə edilməsinin zəruriliyini bildirib.
         Sonra İsmayıllı Sığorta Agentliyinin nümayəndəsi Nahid Şərifov sığorta qanunvericiliyindən, bu sahədə olan normativ-hüquqi aktlardan və digər yeniliklərdən ətraflı danışıb və sığortalanmanın mexanizmi, qaydaları haqqında geniş məlumat verib.
          İştirakçılar tərəfindən verilən çoxsaylı suallar cavablandırılıb.

Keçidlər