“Qadın hüquqları” mövzusunda təlim
Avqust ayının 6-da Ailə Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin dəstəyi və “Təkamül İnteqrasiya” ictimai birliyinin dəstəyi ilə “Qadın hüquqları” mövzusunda təlim keçirilmişdir.
Təlimin məqsədi qadınların hüquqi baxımdan maarifləndirilməsi idi. Təlimdə rayonun idarə, müəssisələrindən, dövlət və qeyri-dövlət təşkilatlarından qadınlar iştirak edirdilər. Təlimim gedişində qadınların sualları cavablandırıldı, onlara hüquqi məsləhətlər verildi.
Təlimdə iştirak edən hər bir qadına “Azərbaycan Respublikasında Məişət zorskılığının Qarşısının Alınmasına dair Qanunvericilik Toplusu” və “Qadın hüquqları üzrə bələdçi” kitabları təqdim olundu. “Qadın hüquqları üzrə bələdçi” kitabı qadınların hüquqi baxımdan maarifləndirilməsində rolunu nəzərə alaraq kitabın regionlarda yaşayan qadınlar üçün əhəmiyyətli olduğu bildirildi.