Şriftin ölçüsü :

Saytın rəngi :

Polis işçilərinin peşə bayramı qeyd olunub.

02 iyul 2019 | 16:00

Azərbaycan Polisi Günü münasibəti ilə keçirilən tədbirdən öncə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP İsmayıllı rayon təşkilatının sədri Sevil Əhmədova, İsmayıllı Rayon Polis Şöbəsinin şəxsi heyəti ilə birgə  ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edib, gül dəstələri düzüblər.
Bayram tədbirinin rəsmi hissəsi İsmayıllı Rayon Polis Şöbəsinin inzibati binasında  davam etdirilib. Əvvəlcə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun polis əməkdaşlarına təbrik teleqramı oxunub.
       İsmayıllı Rayon Polis Şöbəsinin rəisi, polis-polkovniki  Şəmşir Kazımov Azərbaycan polisinin, o cümlədən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçdiyi şərəfli yoldan ətraflı danışıb. O, ümummilli lider Heydər Əliyevin 1998-ci il 24 may tarixli Fərmanı ilə hər il iyulun 2-nin ölkəmizdə Polis Günü kimi qeyd olunduğunu diqqətə çatdırıb.
        İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov təbrik nitqində bildirib ki, Azərbaycan polisinin keçdiyi 101 illik  tarixi yol şərəfli yoldur, eyni zamanda yetişən gənc nəsil üçün örnəkdir. Ümummilli lider Heydər Əliyevin ölkəmizdə həyata keçirdiyi hərtərəfli islahatların nəticəsi olaraq Azərbaycan polisi öz peşəkarlığını artırmaqla yanaşı, eyni zamanda beynəlxalq standartlara uyğun formalaşıb. Hazırda möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan polisi bu gün də insanların təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanır, cinayətkarlığa qarşı barışmaz mübarizə aparır.
      Tədbirin sonunda İsmayıllı RİH başçısı Mirdaməd Sadıqov RPŞ-nin rəisi Şəmşir Kazımova səmərəli fəaliyyətinə görə Təşəkkürnamə təqdim edib. Xidmətdə fərqlənən bir qrup polis əməkdaşına isə İsmayıllı Rayon İcra Hakimiyyəti başısının  Fəxri Fərmanı verilib.

Keçidlər