Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan İlahiyyat İnstitutunun əməkdaşları İsmayıllıda görüş keçirib.

04 iyul 2019 | 16:00

Azərbaycan İlahiyyat İnstitutu Azərbaycan Respublikası Prezidentinin  9 fevral 2018-ci il tarixli Sərəncamına əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılmışdır. Bu ali dini təhsil ocağı yaradılma məqsədi, fəaliyyəti, təhsil imkanları barədə ictimaiyyət nümayəndələrinin məlumatlandırılması məqsədilə Respublikanın bir sıra bölgələrində maarifləndirmə tədbirləri həyata keçirir.
               İnstitutun əməkdaşları iyulun 4-də İsmayıllıda olublar. Onlar əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.Tədbir Heydər Əliyev Mərkəzində davam etdirilib.
              Rayon rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin, təhsil və mədəniyyət işçilərinin, din xadimləri və dini icma sədrlərinin, gənclərin, ziyalıların iştirak etdiyi tədbiri giriş sözü ilə RİH-nin başçısı, Əməkdar elm xadimi Mirdaməd Sadıqov açıb, qonaqları və tədbir iştirakçılarını salamlayıb. Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin bu sahəyə diqqət və qayğısından, dövlət-din münasibətlərindən, Azərbaycanda hökm sürən tolerantlıq və multikulturalizmdən danışıb.
              Sonra İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov ali məktəbin yaradılma məqsədi, fəaliyyəti, təhsil imkanları barədə iştirakçıları məlumatlandırıb,kadr hazırlığı barədə danışıb, Respublikada ali təhsilli din xadimlərinə ehtiyacı diqqətə çatdırıb.Rektor qeyd edib ki,burada təhsil ödənişsizdir, hər şey dövlət hesabınadır.
             Rektorun çıxışından sonra institutun elm və təhsil həyatını, tələbələrin asudə vaxtının səmərəli təşkili, gəzinti və ekskursiyaları əks etdirən tanıtım videoçarxı nümayiş etdirilib.
            Azərbaycan İlahiyyat İnstitunun müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal  Məmmədov, institutun  magistratura və doktorantura şöbəsinin müdiri Fidan Yusifova fəaliyyət sahələri üzrə aparılan iş, tələbə-gənclərə göstərilən diqqət və qayğı, onların əsl din xadimi, dövlət və dövlətçiliyə sədaqətli gənclər kimi yetişməsi istiqamətində aparılan işlər barədə danışıblar.Tədbirdə məzunların gələcəkdə işlə təmin olunması məsələlərinə toxunulub. Onların dövlət strukturlarında, ali məktəblərdə, məscidlərdə işlə təmin olunacaqları diqqətə çatdırılıb.
          Sonda verilən suallar cavablandırılıb, mövcud problemlərin müzakirəsi aparılıb.

Keçidlər