23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə İsmayıllı rayonunda tədbir keçirilib
Dövlət qulluğunda çalışan əməkdaşlar və tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Daha sonra tədbir Heydər Əliyev Mərkəzində dəyirmi masa formatında davam etdirilib. Tədbirdə rayonun ağsaqqalları, dövlət qulluğu veteranları və müxtəlif dövlət qurumlarında çalışan əməkdaşlar iştirak ediblər.
Çıxış edənlər dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edərək bildiriblər ki, Azərbaycanda müasir dövlət quruculuğunun əsasları Ümummilli Lider Heydər Əliyev tərəfindən yaradılıb. Qeyd olunub ki, Ulu Öndərin dövlətçilik ənənələri bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və dövlət idarəçiliyi sistemi müasir tələblərə uyğun olaraq daim təkmilləşdirilir.
Tədbirdə çıxış edən dövlət qulluğu veteranları öz təcrübələrini bölüşərək gənc dövlət qulluqçularına tövsiyələrini çatdırıblar. Onlar dövlət qulluğunun yüksək məsuliyyət, peşəkarlıq və xalqa sədaqətli xidmət tələb edən şərəfli fəaliyyət sahəsi olduğunu vurğulayıblar.
Sonda bütün dövlət qulluqçuları peşə bayramı münasibətilə təbrik olunub, onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb.






