Şriftin ölçüsü :

Saytın rəngi :

23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü

23 iyun 2025 | 14:53

2006-cı ildən etibarən, Prezident Cənab İlham Əliyevin Sərəncamı ilə 23 iyun ölkəmizdə Dövlət Qulluqçularının Peşə Bayramı kimi qeyd olunur.

Müasir dövlət idarəçiliyinin formalaşması və inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Onun rəhbərliyi ilə dövlət idarəçiliyində mühüm islahatlara başlanılmış, dövlət qulluğu sistemi təkmilləşdirilərək güclü hüquqi baza yaradılmışdır. 2000-ci ildə qəbul olunan “Dövlət qulluğu haqqında” Qanun bu sahədə vahid siyasətin təməlini qoymuşdur.

Dövlət qulluqçuları dövlətçiliyin və xalqın xidmətində dayanan, məsuliyyət və peşəkarlıq tələb edən mühüm bir sahədə çalışırlar. Cənab Prezident İlham Əliyevin sözləri ilə desək: “Dövlət qulluqçusu dövlətin güzgüsüdür və bu peşə imtiyaz deyil, insanlara xidmət məsuliyyətidir.”

Bu əlamətdar gün münasibətilə bütün dövlət qulluqçularını təbrik edir, fəaliyyətlərində uğurlar və dövlətçiliyimizə xidmət yolunda möhkəm iradə arzulayıram!

Keçidlər