Şriftin ölçüsü :

Saytın rəngi :

Mənəvi Dəyərlərin Təbliği Fondu İsmayıllıda tələbələr üçün “Yay məktəbi” təşkil edib.

10 iyul 2019 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 oktyabr 2017-ci il tarixli, 1624 nömrəli Fərmanı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu yaradılmışdır.
Fondun əsas fəaliyyət istiqaməti dini etiqad sahəsində maarifləndirmə işinin aparılmasına, mənəvi dəyərlərin qorunması və inkişafına, dövlət-din münasibətləri sahəsində məqsədli proqramların hazırlanıb həyata keçirilməsinə, sosial layihələrin reallaşmasına dövlət dəstəyini təmin etməkdir.
Fondun təşkilatçılığı və İsmayıllı RİH-nin dəstəyi ilə 2019-cu ilin 8-12 iyul tarixlərində  İsmayıllıda tələbələr üçün “Yay məktəbi” təşkil edilib. Müxtəlif ali məktəblərin 100 nəfər tələbəsini əhatə edən “Yay məktəbi” iştirakçıları “Qız qalası” istirahət mərkəzində yerləşiblər.
İyulun 8-də “Yay məktəbi”nin açılışı olub. Əvvəlcə Fondun icraçı direktoru Mehman İsmayılovun, Fondun və İsmayıllı RİH-nin məsul işçilərinin, tələbələrin iştirakı ilə Heydər Əliyevin rayon mərkəzindəki abidəsi ziyarət olunub, abidənin önünə gül dəstələri qoyulub.
“Yay məktəbi” günlərində tələbələr istirahət etməklə yanaşı Azərbaycanın unikal məkanlarından olan Lahıc qəsəbəsində olacaq, İvanovkaya səyahət edəcək, İsmayıllının turizm imkanları, istehsal sahələri, aqrar bölməsi ilə yaxından tanış olacaqlar.
        Tələbələr İvanovkada molokan-ruhani xiristian dini icması, Lahıcda “Ağolo”, “Bədöyün”, “Zəvəro” məsçidləri, qədim hamam, Lahıc Tarix-Diyarşunaslıq muzeyi, İsmayıllı şəhərində Heydər Əliyev Mərkəzi, Tarix-Diyarşunaslıq muzeyi, xalça fabriki ilə tanış olacaq, tolerant və multikultural dəyərləri öz gözləri ilə görəcəklər.
  “Yay məktəbi” gənclərimizin mənəvi inkişafında böyük rol oynayacaq. İsmayıllı 100-ə yaxın tələbənin yaddaşında tolerant və multikultural, milli-mənəvi cəhətdən zəngin bir məkan kimi qalacaq.

Keçidlər