“Nümayəndə günü” keçirilib
11 iyul 2019-cu il tarixdə Rayon Icra Hakimiyyətinin inzibati binasının iclas zalında növbəti “Nümayəndə günü” keçirilmişdir. “Nümayəndə günü”ndə İƏD üzrə nümayəndələr, nümayəndələrin müavinləri və bələdiyyə sədrləri iştrak etmişlər. Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mahmud Süleymanov iclası açaraq yığıncaq iştirakçılarını salamladıqdan sonra gündəlikdə duran birinci məsələ - Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununda edilmiş dəyişiklərdən danışdı və əhali ilə bu istiqamətdə maarifləndirici tədbirlərik keçirilməsinin vacibliyini bildirdi. Sonra yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qanununun 5 və 25-ci madələrini rəhbər tutub profilaktiki tədbirlərin həyata keçirilməsi, mövsümi xarakterli ehtimal olunun yanğınların qarşısının alınması üçün İƏD üzrə nümayəndələrə, bələdiyyə sədrlərinə müvafiq tövsiyyələr verdi.
Gündəlikdə duran ikinci məsələ - rayonda kənd təsərrüfatı sahəsində işlərin gedişi və qarşıda duran vəzifələr barədə İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Həsən Həsənov məlumat verərək qarşıda duran vəzifələrin icrası ilə bağlı geniş danışdı.
Sonra 2019-cu ilin oktyabr ayında əhalinin yenidən siyahiya alınması ilə bağlı qarşıda duran vəzifələr barədə söz Rayon Statistika idarəsinin müdir müavini Daşdəmir Məmmədova verildi. D.Məmmədov çıxış edərək oktyabr ayında Azərbaycanda əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı görüləcək işlər barədə izahat verdikdən sonra qarşıda duran vəzifələrdən danışaraq İƏD üzrə nümayəndələrə və nümayəndələrin müavinlərinə bu işdə daha diqqətli olmalarını bildirdi.
Gündəlikdə duran üçünçü məsələ vətəndaş müraciətləri ilə əlaqədar RİH başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Nazim Səfərov çıxış edərək mövcud vəziyyət barədə məlumat verdi və nümayəndəliklərdə vətəndaşların müraciətlərinə diqqətlə yanaşmalarını tövsiyyə etdi.
Gündəlikdəki dördünçü məsələ barədə RİH başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rüstəm Səmədov çıxış edərək qeyd etdi ki, İƏD üzrə nümayəndəliklərdə təsərrüfatbaşına uçot kitablarının elektron işlənilməsini təhlil edərək mövcud vəziyyət barədə geniş danışdı. Yol verilmiş nöqsanları nümayəndələrin diqqətinə çatdıraraq mövcud qanunvericiliyin tələblərinə uyğun işləmələrini tapşırdı. Yol verilmiş nöqsanların qısa müddətdə aradan qaldırılması məsul işçilərə tövsiyyə olundu.
İclasın sonunda R. Səmədov cari məsələrdən danışaraq İƏD üzrə nümayəndəlliklərdə əmək intizamının və nümayəndəliklərin fəaliyyətinin daha da gücləndirilməsi məqsədi ilə onlara müvafiq tövsiyə və tapşırıqlarını verdi.
Sonda yığıncaq iştirakcılarını maraqlandıran suallara cavab verildi.