“Qarabağ əcdadlarımızın mirasıdır” filmi İsmayıllıda nümayiş olunub
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı təsdiq edilmişdir.
Proqramda gənclər arasında vətənpərvərlik, dövlətçilik, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət hissinin aşılanması,informasiya-kommunikasiya texnologiyaları vasitəsi ilə Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması üzrə gənclərin bilik və bacarıqlarının artırılması,bu məqsədlə bölgələrdə müvafiq tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.
Belə tədbirlərdən biri iyulun 23-də İsmayıllıda reallaşıb. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin xətti ilə rayonda “Qarabağ əcdadlarımızın mirasıdır” filmi nümayiş edilib. Rayon uşaq kitabxanasında keçirilən tədbirdə rayon gəncləri, RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşları, mədəniyyət və təhsil sahəsində çalışan gənclər, Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın sədri Nurəddin Mehdiyev iştirak edib.
Tədbiri RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Murad Məhərrəmov açıb. Nazirliyin nümayəndəsi Nurəddin Mehdiyev ictimai şuranın gördüyü işlər barədə danışıb.
Sonda film nümayiş olunub.