Şriftin ölçüsü :

Saytın rəngi :

Əmək və Əhalinin Sosial müdafiəsi nazirinin müavini İsmayıllıda sakinləri qəbul edib.

26 iyul 2019 | 16:00

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Anar Kərimov İsmayıllı sakinlərini ƏƏSM Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu rayon şöbəsinin inzibati binasında qəbul edib.

Qəbul Nazirliyin əməkdaşlarının və yerli qurumlarının nümayəndələrinin iştirakı ilə keçirilib.

Qəbula 16 nəfər müxtəlif kateqoriyalı vətəndaş rəsmi müraciət edib. 10 nəfər vətəndaş növbədənkənar olaraq, 20 nəfər isə nazirliyin aidiyyatı qurumlarının rəhbərləri tərəfindən fərdi qaydada qəbul edilib. 48 nəfər vətəndaşın müxtəlif problemlərlə bağlı ərizələri baxılması üçün Nazirliyin əməkdaşına təqdim edilib.

Qəbul zamanı bir neçə vətəndaşın problemi yerində həll edilmiş, bir qisminin məsələsinin həlli üçün isə tövsiyələr verilib.

Keçidlər