Ana dili günü qeyd olunub
Avqustun biri ölkəmizdə milli atributlardan olan Ana dili günü kimi qeyd olunur. Dil millətin simasını səciyyələndirən amillərdən biri, onun milli sərvətidir. Ümummilli lider Heydər Əliyev qeyd edirdi: "Millətin milliliyini saxlayan onun dilidir" .Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir! Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm.” İsmayıllıda “1 avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili günü qeyd olunub. Tədbir İsmayıllı şəhər 1 saylı körpələr evi-uşaq bağçasında keçirilib. Tədbiri giriş sözü ilə bağçanın müdiri Qalibə Abdullayeva açıb, iştirakçıları salamlayıb, Azərbaycan əlifbasının və Azərbaycan dilinin tarixi, bu günə kimi keçdiyi şərəfli inkişaf yolu, dilimizin zənginliyi, dilimizə dövlətimiz tərəfindən göstərilən qayğı haqqında ətraflı məlumat verib. Sonra “1 avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili günüdür” mövzusunda uşaq bağçalarının hazırladıqları əyləncəli proqrama tamaşa edilib.Ana dili ilə bağlı hazırlanmış kompazisiyalar, ifa olunan şeirlər, şən mahnılar, səhnəciklər iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.