Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti “nümayəndə günü” keçirilib

19 avqust 2019 | 16:00

Heydər Əliyev Mərkəzində növbəti “Nümayəndə günü” keçirilib. RİH başçısı Mirdaməd Sadıqov iclas iştirakçılarını salamladıqdan sonra respublikamızda və rayonumuzda gedən inkişafdan geniş danışıb. Sonra İƏD üzrə nümayəndələrin və bələdiyyələrin fəaliyyətini təhlil edərək onlara icrası vacib olan tapşırıq və tövsiyyələrini verib.
RİH başçısı Mirdaməd Sadıqov bildirib ki, nümayəndəliklərin ərazilərində və magistral yol kənarında təmizlik işlərinin görülməsi, ərazilərdə abadlıq işlərinin aparılması daim nəzarətdə olmalıdır. RİH başçısı həmçinin nümayəndəliklərin və bələdiyyələrin ərazilərində yanğın təhlükəsizliyi tədbirlərinin həyata keçirilməsi vəziyyəti barədə danışaraq, vətəndaşlara məxsus pay torpaq sahələrində, magistral yol kənarlarının mühafizə zolaqlarında, eləcə də bələdiyyə mülkiyyətində olan kolluq-örüş sahələrində son zamanlar yanğın hadisələrinin artmasınının yolverilməz olduğunu bildirib,  əhali arasında biçilmiş əkin sahələrinin yandırılmasının inzibati məsuliyyət yaratması barədə mütəmadi olaraq maarifləndirmə tədbirlərinin aparılmasının vacibliyini qeyd edib.
Sonra Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rüstəm Səmədov iclas iştirakçılarına gündəlikdə olan məsələlərlə bağlı RİH rəhbərliyinin tapşırıqlarını çatdırıb, cari və perspektiv məsələlərdən danışıb.
Sonda yığıncaq iştirakcılarını maraqlandıran suallar cavablandırılıb.

Keçidlər