Şriftin ölçüsü :

Saytın rəngi :

Yaponiyadan gələn qonaqlar yola salınıb

23 avqust 2019 | 16:00

Yaponiyanın İto şəhərindən “Dostluq mübadiləsi haqqında saziş” çərçivəsində İsmayıllıya gələn proqram rəhbəri Fumika Saiquasa, yuxarı sinif şagirdi xanım Nene Moçizuku, universitet tələbəsi xanım Mari İnaqaki Bakıya yola salınıblar.
Yaponiyadan gələn nümayəndə heyəti səfər proqramına uyğun olaraq İsmayıllı şəhəri, Lahıc və Basqal qəsəbələri, İvanovka kəndi ilə tanış olub, bir neçə ailəyə, o cümlədən Yaponiyanın İto şəhərinə gedən müəllimə Məmmədova Arzu Mustafa qızının,  Babayev Rəşad Rüstəm oğlunun və Osmanlı Samir Rasim oğlunun ailələrində qonaq olublar. Qonaqlar milli mətbəximiz və adət-ənənələrimizlə yaxından tanış olublar. Nümayəndə heyəti şəhərin  1, 5 və 6 saylı tam orta məktəblərində, Heydər Əliyev Mərkəzində və o cümlədən İsmayıllı Tarix Diyarşünaslıq Muzeyində olublar və xoş təəsüratlarla ayrılıblar.   Qonaqlar   Qəbələ və  Şəki  şəhərlərinə də səfər ediblər.
Yola salınan qonaqlar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin İsmayıllının mərkəzindəki abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Müəllim, proqram rəhbəri Fumika Saiquasa qonaqpərvərliyə görə rayonrəhbərliyinə , bütün ismayıllılılara minnətdarlığını bildirib. O, İsmayıllıdan xoş təəssüratlarla ayrıldıqlarını vurğulayıb.
Qonaqları İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova, təhsil şöbəsinin müdiri Rasim Orucov, şəhər 1, 5 və 6 saylı tam orta məktəbin direktorları və Yaponiyada səfərdə olmuş şagirdlər yola salıblar.

Keçidlər