“Əhalinin icbаri tibbi sığоrtа ilə bağlı məlumatlılığın artırılması və maarifləndirmə işinin təşkili” mövzusunda tədbir keçirilib.
“Azad İqtisadiyyatın İnkişafına Yardım Mərkəzi” İctimai Birliyi 2019–cu ilin avqust ayından etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azərbaycanda əhalinin icbаri tibbi sığоrtа ilə bağlı məlumatlılığın artırılması və maarifləndirmə işinin təşkili” adlı layihəni həyata keçirir. Layihənin mahiyyəti əhalinin icbаri tibbi sığоrtа –tibbi yardım almaq hüququ, icbari tibbi sığortanın mahiyyəti, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və icbari tibbi sığorta sistemi subyektlərinin statusu, icbari tibbi sığorta proqramı əsasında vətəndaşlara göstərilən tibbi xidmətin şərtləri, növü və s. sahəsində məlumatlılığın artırılmasından və hüquqi maarifləndirilmənin aparılmasından ibarətdir. Layihənin icra planına uyğun olaraq 27 avqust 2019- cu il tarixdə Mərkəzi Uşaq kitabxanasında “İcbari tibbi sığortanın müasir vəziyyəti və prespektivləri” mövzusunda fərdi sahibkarların, tibb və sosial işçilərin, yerli QHT-lərin və icmaların nümayəndələrinin iştirakı ilə ictimai müzakirə keçirlib. Tədbiri Rayon İcra Hakimiyyətinin əməkdaşı Nəsimi Teymurov açıb. “Azad İqtisadiyyatın İnkişafına Yardım Mərkəzi” İctimai Birliyinin sədri Ülvi Əliyev çıxış edərək layihə barəsində geniş məlumat verib. Layihənin hüquqşünası, professor Mayis Əliyevin “İcbari tibbi sığorta:mövcud vəziyyət və prespektivlər” mövzusunda məruzəsi dinlənilib. İctimai müzakirənin iştiakçılarına 2020-ci ilin yanvar ayının 1-dən tətbiq ediləcək İcbari Tibbi Sığortanın mahiyyəti, subyektləri, əhəmiyyəti, bu sistemin xarici ölkələrdə formalaşmış təcrübəsi barəsində geniş məlumat verilib. İctimai müzakirədə çıxış edən sosial işçilər, tibb müəsissələrinin və yerli icmaların nümayənələri, fərdi sahibkarlar İTS-nın əhalinin sağlamlığının qorunması və bu sahədə maliyyə risklərinin aradan qaldırması baxımından əhəmiyyətini vurgulayıb, bunu Azərbaycan dövlətinin son dövrlərdə reallaşdırdığı sosial islahatların tərkib hissəsi kimi dəyərləndiriblər.Tədbir diskusiya ilə yekunlaşıb.