Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İsmayıllı rayonuna səfəri ilə əlaqədar qarşıda duran vəzifələrə həsr olunmuş tədbir keçirilmişdir.

18 avqust 2013 | 15:00

Regionların Sosial-iqtisadi inkişaf Proqramına uyğun olaraq İsmayıllı rayonunda sosial problemlərin həlli istiqamətində görüləcək tədbirlərlə bağlı İsmayıllı rayon Gənclər Mərkəzində tədbir keçirilib. Həmçinin dövlət başçısının rayona son səfərinin nəticələri təhlil olunub. Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri ilə yanaşı, ziyalılar, rayonun hüquq-mühafizə orqanlarının və xidmət idarələrinin rəhbərləri də iştirak ediblər. Görüşdə Prezident İlham Əliyevin rayona avqustun 14-də baş tutan səfəri diqqət mərkəzində olub. Çıxış edənlər ölkədə və rayonda həyata keçirilən iqtisadi inkişaf kursunu dəstəklədiklərini və Prezident İlham Əliyevin ətrafında sıx birləşdiklərini ifadə ediblər. Rayonda görülən quruculuq-abadlıq işlərindən razılıqlarını bildiriblər. Diqqətə çatdırılıb ki,Ulu öndərin adını daşıyan mədəniyyət və istirahət parkında sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb. Bu istirahət mərkəzində qısa müddətdə böyük abadlıq-quruculuq işləri görülüb, fəvvarələr quraşdırılıb, yaşıllıq salınıb. Eyni zamanda rayonda yeni sənaye müəssisələrinin, avtovağzalın istifadəyə verildiyi, su-elektrik stansiyasının fəaliyyətə başladığı diqqətə çatdırılıb. Bu isə rayon sakinlərinin sevincinə və minnətdarlığına səbəb olub. Görüşdə çıxış edən RIH başçısı Mirdaməd Sadıqov ölkədə əldə olunan nailiyyətləri sadalamaqla bu uğurların Heydər Əliyev siyasi kursunun məntiqi nəticələri olduğunu bildirib və bu siyasətin bu gündə uğurla davam etdiyini söyləyib. Eyni zamanda İcra başçısı son vaxtlar rayonda baş verən müsbət dəyişikliklərdən razılığını bildirib, yaxın vaxtlarda yeni layihələrin həlli istiqamətində görüləcək işlər haqqında danışıb. Sonra rayon sakinlərin narahat edən problemlərin həllində göstərilən dəstəyə görə dövlət başçısına minnətdarlıq əks olunmuş məktub oxunub. 

Keçidlər