Din xadimlərinin yığıncağı keçirilib.
Məhərrəmlik ayında Tasua və Aşura mərasimlərinin keçirilməsi ilə əlaqədar din xadimlərinin, dini icma sədrləri və imamların yığıncağı keçirilib.
Yığıncaqda Rayon İcra Hakimiyyəti başçısı Mirdaməd Sadıqov, hüquq-mühafizə orqanlarının rəhbərləri, icra nümayəndələri, bələdiyyə sədrləri də iştirak edib.
Dini etiqad azadlığının təmin edilməsi ilə əlaqədar yaradılmış qərargahın sədri, Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Respublikamızda həyata keçirilən din siyasətinin demokratik dövlət quruculuğu kursuna, eləcə də dövlət-din münasibətlərinin mənəvi və hüquqi müstəvidə tənzimlənməsi prinsipnə əsaslandığını diqqətə çatdırıb, rayonda Tasua və Aşura mərasimlərinin Qafqaz Müsəlmanları İdarəsinin Fətvasına uyğun keçirilməsini tövsiyə edib. Qeyd olunub ki, mövcud qanunvericiliyə əsasən təziyə məclisləri məscidlərdə, ibadət ocaqlarında keçirilməli, ictimai asayişə mane olmamalıdır. Dini mərasim və ayinlər yalnız Qafqaz Müsəlmanları İdarəsinin rəsmi şəkildə təyin etdiyi din xadimləri tərəfindən idarə edilməlidir. Kərbəla faciəsinin mahiyyəti əhaliyə düzgün çatdırılmalı, şəhidlik fəlsəfəsi bu günümüzlə uzlaşdırlmalıdır.
Basqal, Lahıc, Kürdmaşı, Təzəkənd və bir sıra qəsəbə və kənd məscidlərinin imamları, dini icma sədrləri, icra nümayəndələri və bələdiyyə sədrləri çıxış edərək qeyd olunan tövsiyələrə tam əməl olunacağını diqqətə çatdırmışlar.
Aşura mərasimlərinin keçirilməsi ilə bağlı aid orqanlara tapşırıqlar verilmişdir.