Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclər “Günərzi” reabilitasiya mərkəzində olublar

20 sentyabr 2019 | 16:00

“Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır”. Ulu öndər Heydər Əliyevin uşaqlarımız haqqında söylədiyi bu dəyərli fikirlər bu gün də öz təsdiqini tapmaqdadır. Çünki hər bir xalqın, dövlətin ən böyük və qiymətli sərvəti uşaqlardır.
Ümummilli liderin müstəqilliyimizin əbədiliyinə xidmət edən siyasətini yaradıcılıqla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uşaqlara qayğını rəhbərlik fəaliyyətinin ön sırasında saxlayır.
    Buna görədir ki, ölkənin müxtəlif regionlarında hər yeni gündə uşaqlara qayğı göstərəcək müasir tipli məktəblər, bağçalar , reabilitasiya mərkəzləri açılıb fəaliyyət göstərir. İsmayıllı rayonunda  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə “Azad İqtisadiyyatın İnkişafına Yardım Mərkəzi” İctimai Birliyi tərəfindən yaradılan,  çətin həyat şəraitli  uşaqlara gündəlik olaraq və gün ərzində yarımstasionar formada xidmətlər göstərən “Günərzi”  reabilitasiya mərkəzi də uşaqlara göstərilən diqqət və qayğının bariz nümunəsidir.    
    Bu mərkəzdə müxtəlif məşğələlər vasitəsilə uşaqlarda özünə xidmət bacarıqları formalaşdırılır, eləcə də maraq və qabiliyyətləri nəzərə alınaraq ayrı-ayrı dərnəklər vasitəsilə onların ilkin yaradıcılıq qabiliyyətləri inkişaf etdirilir.
  İsmayıllı rayon Gənclər və İdman idarəsinin   kollektivi də “Günərzi”  qayğı və icma əsaslı sosial reabilitasiya mərkəzinə gediblər.
İdarənin kollektivi tərəfindən mərkəzdəki uşaqların ifa etdikləri mahnı, şeir və  rəqslər  maraqla qarşılanıb,   uşaqlara hədiyyələr təqdim olunub.

Keçidlər