“Sülh Aylığı” çərcivəsində tədbir
20 sentyabr 2019 | 16:00
İsmayillı Rayon İcra Hakimiyyəti hər il olduğu kimi bu il də “Sülh Aylığı” çərçivəsində müxtəlif tədbirlər keçirir. 19sentyabr 2019-cu il tarixdə İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbinin iclas zalında “Beynəlxalq sülh günü”” mövzüsunda keçirilmiş dəyimi masa belə tədbirlərdəndir.
Tədbiri giriş sözü ilə RİH başçısı aparatının Hüquq şöbəsinin müdiri Pakizə Abbasova açdı. Hüquq şöbəsinin məsləhətçisi Rasim Rəhimov Sülh aylğı barəsində məlumat verdi. Mövzu ətrafında İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbin təşkilatçısı Dilbər Yəhyayeva çıxış etdi. Sonda sagirdləri maraqlandıran suallar cavablandırıldı.