Şriftin ölçüsü :

Saytın rəngi :

Nümayəndə günü keçirildi

21 sentyabr 2019 | 16:00

Bu gün Rayon İcra Hakimiyyətinin iclas zalında növbəti “Nümayəndə günü” keçirilmişdir. RİH başçısının birinci müavini cənab Rövşən Ağayev iclas iştirakçılarını salamladıqdan sonra iclası açıq elan etmişdir. 24 il Lahıc qəsəbə İƏD üzrə nümayəndəsi vəzifəsində işləmiş dövlət qulluqçusu mərhum Fikrət Haqverdiyevin xatirəsi bir dəqiqəlik sikutla yad edilmişdir.Sonra R.Ağayev rayonumuzda görülən işlərdən və qarşıda duran vəzifələrdən geniş qeyd edərəkİƏD üzrə nümayəndələrin və bələdiyyələrin fəaliyyətinitəhlil etikdən sonra onlara müvafiq tapşırıq və tövsiyyələrini verdi.
RİH başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rüstəm Səmədov iclas iştirakçılarını gündəlikdə duran məsələlərlə tanış etdikdən sonraseçki məntəqələrinin yerləşdiyi otaqların ümumi vəziyyəti və maddi-texniki təminatı barədə keçirilmiş ilkin monitorinqin nəticələri barədə məlumat verərək mövcud olan problemlərin həll edilməsini tapşırdı.
Sonra R.Səmədov nümayəndəliklərin ərazisindəpay torpaq sahələrinin sahiblərinin vergi qeydiyyatına alınmasının vacibliyini qeyd edərək nümayəndələr tərəfindən bu istiqamətdə maarifləndirici tədbirlərin görülməsini bildirmişdir.
Daha sonra R.Səmədov İƏD üzrə nümayəndəliklərin ərazilərində ağac əkmə kompaniyasının keçirilməsini bildirərək yaxın günlərdə bütün ərazilərdə iməciliklərin təşkil olunmasını bildirmiş və İƏD üzrə nümayəndələrə və bələdiyyə sədrlərinə müvafiq tapşırıq və tövsiyyələrini vermişdir.
Sonda R.Səmədov cari məsələlərdən danışaraq yığıncaq iştirakcılarını maraqlandıran sualları cavablandırmışdır.

Keçidlər