İsmayıllıda milli azlıqların şifahi mədəni irsi ilə bağlı tədbir keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sosial-mədəni Dəyişikliklərin Öyrənilməsi İctimai Birliyi rayonda “Milli azlıqların şifahi mədəni irsinin öyrənilməsi və təbliği” layihəsini icra edib.
Milli azlıqların nümayəndələrinin iştirakı ilə Heydər Əliyev Mərkəzində reallaşan tədbiri RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Murad Məhərrəmov açıb. Qeyd edib ki, Azərbaycan əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınır. Ölkədə tolerantlıq və multikulturalizm alternativi olmayan həyat tərzinə çevilmişdir. Bu günkü tədbir də milli azlıqların şifahi mədəni irsinin öyrənilməsinə həsr olunub.
Sonra tədbirdə Sosial-mədəni Dəyişikliklərin Öyrənilməsi İB-nin sədri, fəlsəfə doktoru Hüseyn İbrahimov məruzə edib. Mədəni müxtəliflik konteksində milli azlıqların mədəni irsinin öyrənilməsi və təbliğinin zəruriliyinin qeyd edib, layihənin əhəmiyyətini diqqətə çatdırıb.
İvanovkadan Olqa Jabina, Lahıcdan Dadaş Əliyev, Basqaldan Novruz Əsədov, Hacıhətəmlidən Mövlud Ağayev, “İsmayıllı xəbərləri” qəzetinin baş redaktoru Şahməmməd Soltanov çıxış edərək azlıqların şifahi-mədəni irsi barədə danışıblar.Fəlsəfə doktoru Leyla Ağayeva İsmayıllıda tarixən məskunlaşan azsaylı xalqların şifahi irsinin daha dərindən öyrənilməsinin vacibliyini diqqətə çatdırıb, bu istiqamətdə ictimai birliyin fəaliyyəti barədə danışıb.
Tədbirdə milli azlıqların nümayəndələri çıxış edib və verilən suallar cavablandırılıb.