İsmayıllıda Beynəlxalq Ahıllar günü qeyd edilib.
Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin qayğısı ilə əhatə olunan bütün ölkə vətəndaşlarının sırasında ahılların, qocaların, veteranların həyat şəraitinin zənginləşdirilməsinə xüsusi önəm verilir. 01 oktyabr 2019-cu il tarixdə Rayon İcra Hakimiyyətinin təşkiltaçılığı və dəstəyi ilə 1 Oktyabr Beynəlxalq Ahıllar günü münasibətilə rayonunun ictimai-siyasi həyatında fəallıq göstərmiş ahıllar və şəhid valideyinləri ziyarət olunub.
Ahılları RİH başçısının müavini S.Əhmədova, YAP İsmayıllı Rayon Təşkilatı aparatının əməkdaşları, Ailə Qadın və Uşaqlara Dəstək Mərkəzi, ictimai fəallar, RTŞ-nin əməkdaşları ziyarət edib.Onların problemləri ilə maraqlanıblar.Ahıllar günü münasibəti ilə ərzaq bağlamaları verilib, hədiyyələr təqdim olunub.