Şriftin ölçüsü :

Saytın rəngi :

5 nömrəli məktəbin pedaqoji kollektivi ilə görüş keçirilib.

09 oktyabr 2019 | 16:00

Şəhər 5 saylı tam orta məktəb rayonda təlim və tərbiyə sahəsində uğurları ilə fərqlənən tədris müəssisələrindəndir. 15 illik fəaliyyəti dövründə çox sayda şagirdin bitirdiyi bu tədris müəssisəsinin məzunları hər il ali məktəblərə qəbulda yüksək nəticələr göstərirlər. Təkcə ötən tədris ilində 60 nəfər məzundan 51 nəfəri respublikanın müxtəlif ali məktəblərinə qəbul olunublar. Burada çalışan 68 nəfər müəlimdən 3-ü Əməkdar müəllimdir. Bu tədris müəssisəsi “Ən yaxşı məktəb” müsabiqəsinin qalibi olub. Məktəbin müxtəlif ali məktəblərdə təhsil alan 3 məzunu Prezident təqaüdünə layiq görülüb, 2016-cı ilin ali məktəblərə qəbulunda bir məzunu 700 bal toplayıb.

Bütün bunlar nəzərə alınaraq RİH başçısı,Əməkdar elm xadimi Mirdaməd Sadıqovun təşəbbüsü ilə məktəbin pedaqoji kollektivi ilə görüş keçirilib. Rayon rəhbərliyinin, RTŞ əməkdaşlarının, digər məktəb direktorlarının, pedaqoji kollektivin, valideynlərin iştirakı ilə keçirilən tədbirdə məktəbin sabiq direktoru, təqaüddə olan təhsil işçisi, rayon ağsaqqalı Fərman Bəşirov da iştirak edib.

RİH-nin başçısı M.Sadıqov ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan, Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət-təhsil siyasəti barədə tədbir iştirakçılarına geniş məlumat verib. İsmayıllının bu sahədə öncül fəaliyyətini diqqətə çatdırıb.

Məktəbin sabiq direktoru Fərman Bəşirov pedaqoji kollektivi salamlayıb,təkrar onlarla bir yerdə olduğu, bu şəraiti yaratdığı üçün Rayon İcra Hakimiyyətinə, Rayon Təhsil Şöbəsinə öz minnətdarlığını ifadə edib, kollektivə uğurlar arzulayıb. Ağsaqqal ziyalıya RİH başçısının təşəkkürnaməsi və mükafatı təqdim olunub.

Həmçinin qabaqcıl müəllimlərinə və təhsil əlaçısı olan şagirdlərə RİH-nin təşəkkürnamələri və mükafatları təqdim olunub.

Məktəbin direktoru Elçin Məmmədov görüşün əhəmiyyətini vurğulayıb, daha yaxşı işləyəcəklərini diqqətə çatdırıb, məktəbin qarşılaşdığı problemlər barədə danışıb. Əməkdar müəllim Nazənin Həsənova, məktəbin dil-ədəbiyyat müəllimi Yasəmən Ağayeva və başqaları təkliflərlə çıxış ediblər.

Keçidlər