Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda ordudan tərxis olunmuş gənclərlə görüş keçirilib.

11 oktyabr 2019 | 16:00

Son illər aparılan məqsədyönlü siyasətin nəticəsi olaraq Azərbaycanın güclü ordusu formalaşmışdır.
Bu günkü Azərbaycan Ordusunu fərqləndirən əsas amillərdən biri zabit və əsgərlərin yüksək səviyyədə döyüş hazırlığı keçməsi, Ordumuzun müasir texnikaya,güclü silah və sursata sahib olması, ən başlıcası isə əsgərlərimizin qələbə əzmində olmasıdır.
İsmayıllıda da hərbi vətənpərvərlik tərbiyəsi yüksək səviyyədə həyata keçirilir. Bunu Aprel döyüşlərində qəhrəmancasına həlak olmuş Mikayıl Vahabzadənin timsalında aydın görmək olar.
Oktyabrın 11-də Rayon İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin birgə təşkilatçılığı ilə Ordudan tərxis olunan gənclərlə görüş keçirilib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin  abidəsi ziyarət olunub. Rayon İcra Hakimiyyəti və hüquq-mühafizə orqan rəhbərləri, SHXÇDX rayon şöbəsi əməkdaşları, Ordudan tərxis olunmuş gənclər abidənin önünə gül dəstələri qoyublar.
Heydər Əliyev Mərkəzində davam etdirilən tədbiri giriş sözü ilə SHXÇDX İsmayıllı rayon şöbəsinin rəisi, polkovnik-leytenat Xamis Bədəlov açıb. Tədbir iştirakçılarını salamlayıb və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Ordu Quruculuğu sahəsində apardığı uğurlu siyasətdən danışıb. Güclü Ordumuzun olduğunu və işğal altında olan torpaqlarımızın tezliklə düşmən taptağından azad ediləcəyini diqqətə çatdırıb. Məruzəçi hərbi xidmətdən tərxis olunan gəncləri təbrik edib.
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev Rayon İcra Hakimiyyətinin başçısı, Əməkdar elm xadimi Mirdaməd Sadıqovun səmimi salamlarını ordudan tərxis olunan gənclərə çatdırıb, onların problemlərinin həllinə rayon rəhbərliyi səviyyəsində yaxından köməklik göstəriləcəyi bildirilib.
Rayon Gənclər İdman İdarəsinin rəisi Taleh Salehov, ehtiyata buraxılan əsgər və zabitlərdən Rəsul Həşimov, Alim Məmmədov və başqaları çıxış edərək Ordudan tərxis olunan gənclərə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər, həmişə ordu sıralarında düşmənə qarşı mübarizəyə hazır olduqlarını bildiriblər.
Sonra ehtiyata buraxılan bir qrup gəncə SHXÇDX İsmayıllı rayon şöbəsinin Fəxri Fərmanları, təşəkkürnamələri, qiymətli hədiyyələri təqdim olunub.
Görüş ümumilli liderin adını daşıyan Mərkəzin foyesində konsert proqramı ilə yekunlaşıb.

Keçidlər