Müstəqillik gününə həsr olunmuş intellektual oyun
14 oktyabr 2019-cu il tarixdə İsmayıllı PeşəTədris Mərkəzində rayon Gənclər və İdman idarəsi və İsmayıllı İntelektual Oyunlar Klubunun birgə təşkilatçılığı ilə 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə gənclər arasında Breyn Rinq intelektual oyunu keçirilmişdir.Tədbirdə rayon məktəblərinin şagirdlərindən, İsmayıllı Humanitar və Texnologiya Kollecinin və İsmayıllı Peşə Tədris Mərkəzinin tələbələrindən ibarət komandalar iştirak ediblər.
Oyunun keçirilməsində məqsəd 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Gününü qeyd etmək , gənclərin intellektual səviyyəsini, dünyagörüşünü genişləndirmək, zehni inkişafını stimullaşdırılmaq, elm və biliklərə istiqamətləndirmək, eləcə də asudə vaxtlarının səmərəli təşkil etməkdən ibarətdir.
İsmayıllı Peşə Tədris Mərkəzinin direktoru Zaur Muradov tədbiri giriş sözü ilə açıb. İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov iştirakçıları salamlayaraq 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü haqqında geniş məlumat verib və komandalara uğurlar arzulayıb.
Keçirilən oyunda 13 komanda iştirak edib. Gərgin keçən oyunda birinci yerə İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyin “Error – 2 “ komandası , ikinci yerə İsmayıllı şəhər A.Aslanov adına 2 nömrəli tam orta məktəbin “Təfəkkür” komandası , üçüncü yerə isə İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbin “Bumeranq” komandası çıxıb. Qalib gələn komandalar İsmayıllı rayon Gənclər və İdman İdarəsinin diplom və qiymətli hədiyyələri ilə təltif olunublar.