Şriftin ölçüsü :

Saytın rəngi :

Bələdiyyə sədrləri üçün seminar keçirilib

18 oktyabr 2019 | 16:00

18 oktyabr 2019-cu il tarixdə  Rayon Uşaq Kitabxanasının iclas zalında İsmayıllı  Rayon İcra Hakimiyyətinin və Göycay Regional Ədliyyə idarəsinin birgə təşkilatcılığı ilə rayon bələdiyyə sədrləri üçün seminar keçirilib.
Tədbirdə RİH başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi Ehtiram Manafov, Göycay Regional Ədliyyə idarəsinin məsul işçisi, ədliyyə kapitanı Sahib Nağıyev və Rayon bələdiyyələrinin sədrləri iştrak ediblər.
Seminarda  gündəlikdə duran məsələlər - yerli özünüidarəetmə orqanlarında etik davranış qaydaları; yerli büdcənin tərtibi, qəbulu və icrası; bələdiyyə torpaqlarının idarə edilməsinin əsasları; bələdiyyə torpaqlarının istifadəsinə və mühafizəsinə nəzarətin xüsussiyyətləri; strateji yol xəritəsində bələdiyyələrin iştirakı; qəbristanlıqların saxlanılması, idarə olunması, abadlaşdırılması, köçürülməsi sahəsində bələdiyyələrin hüquq və vəzifələri; bələdiyyələrdə və bələdiyyə müəssissələrində kargüzarlığın və arxiv işinin təşkili və sair məsələlər müzakirə olunub.
Sonda yığıncaq iştirakcılarını  maraqlandıran  suallar cavablandırılıb.

Keçidlər