“Azərbaycanın dağlıq ərazilərində torpaq eroziyasının inteqrasiyalı idarə olunması” mövzusunda konfrans keçirilib
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin “Cənubi Qafqazda Biomüxtəlifliyin İnteqrasiyalı İdarə olunması” (İBİS) Proqramı çərçivəsində 18-19 oktyabr 2019-cu il tarixlərində İsmayıllı rayonunda “Azərbaycanın dağlıq ərazilərində torpaq eroziyasının inteqrasiyalı idarə olunması” mövzusunda konfrans keçirilib.
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti proqram çərçivəsində İsmayıllı rayonunda torpaq eroziyasına qarşı inteqrasiyalı tədbirlərin aparılmasına dair pilot layihələrin həyata keçirilməsini dəstəkləmişdir. Konfransda əldə olunmuş bilik və təcrübələrin maraqlı tərəflər arasında bölüşdürülməsi ilə əlaqədar əhəmiyyətli addımlar atılmışdır. Tədbir iştirakçıları ilə torpaqların və eroziyanın dayanıqlı idarə edilməsi sahəsində mövcud çətinliklər və bu sahədə yeni yanaşmalara dair müzakirələr aparılıb.