Şriftin ölçüsü :

Saytın rəngi :

Lahıc qəsəbəsində könüllü tibbi müayinə

21 oktyabr 2019 | 16:00

ALFA klinikasının bir qrup könüllü həkim heyəti tərəfindən İsmayıllının Lahıc qəsəbə sahə xəstəxanasında əhali üçün təmənnasız tibbi müayinə təşkil olunub.
İsmayıllı rayon mərkəzi xəstəxanası və “ALFA” klinikasının həkimləri  Lahıc qəsəbə sakinlərini  tibbi müayinədən keçirib. 5 nəfər həkimdən ibarət müayinə qrupu 150 nəfərdən çox qəsəbə sakinini tibbi müayinədən keçirib. Onlardan 8 nəfərin daha  əsaslı müalicəyə ehtiyaclı olduğu üçün Bakıya uyğun tibb müəssisələrinə göndərilməsi məsləhət bilinib. Bir qrup sakin stasionar müalicəyə, bir neçə nəfər isə ambulator müalicəsinə  götürülüb. Əhalinin müayinəsi yüksək ixtisaslı, təcrübəli həkimlər tərəfindən aparılıb. Qəsəbə sakinləri ALFA klinikasının baş həkimi Aygün Süleymanovaya və həkim heyətinə, tədbirdə əməyi keçən bütün şəxslərə təşəkkür ediblər.

Keçidlər