Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubleyinə həsr olunmuş 650 min ağac əkmək kompaniyasına İsmayıllı uğurla qoşulub
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın böyük şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ölkəmizdə 650 min ağac əkilməsi ilə bağlı təşəbbüsü şairin xatirəsinin əbədiləşdirilməsində və irsinin daha geniş təbliğində mühüm əhəmiyyətə malikdir. Respublikamızın hər yerində aparılacaq yaşıllaşdırma tədbirləri ətraf mühitin qorunmasına, eləcə də ekologiyanın daha da sağlamlaşdırılmasına xidmət edəcəkdir.
“Nəsimi ili” ilə əlaqədar rayon ərazisində ağac əkilməsi üçün ümumilikdə 25 ha torpaq sahəsi ayrılmışdır. Bu əsasən Bələdiyyə əraziləri, avtomobil yollarının ətrafları, yeni yaradılmış sahələr, idarə və təşkilatların həyətləri, parklar və xiyabanlardır. Həmin ərazilərdə 20 min ədəd əsasən ağcaqayın, görüş və qovaq cinslərindən ibarət əkin materiallarının alınması üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sifariş verilmişdir. 1 aydan artıqdır ki, ağacların əkiləcəyi ərazilərdə hazırlıq işləri həyata keçirilir. Belə ki, sahələr daşdan, kol-kostan təmizlənilir, şum çıxarılır və çalaların qazılması işləri aparılır. Sahələrə münbit torpaq və üzvi gübrələr daşınır. Bu nəcib təşəbbüsə rayon ictimayəti, həmçinin idarə və müəssisələrin kollektivləri böyük həvəslə qoşulublar.
Bu kimi tədbirlərin davamı olaraq 22 oktyabr 2019-cu il tarixində ağac əkiləcək sahələrdən birində iməclik təşkil olunmuş, əraziyə torpaq daşınmış, çalalar qazılmış, sahə daşdan təmizlənmişdir.
Dahi şairin 650 illik yubleyi münasibətilə bir gündə 650 min ağacın əkilməsi kompaniyasına hazırlıq işləri davam etdirilir.
Rayon rəhbərliyi və əlaqədar qurumlar bütün imkanlardan səmərəli istifadə edərək ağacəkmə kompaniyasının mütəşəkkil həyata keçirilməsi üçün ardıcıl və sistemli olaraq tədbirlər həyata keçirirlər.