Şriftin ölçüsü :

Saytın rəngi :

“Mən bu cahana sığmazam, gənclərin yaradıcılıq festivalı” layihəsinin növbəti görüş toplantısı İsmayıllı rayonunda keçirilib.

23 oktyabr 2019 | 16:00

22.10.2019-cu il tarixdə Rayon Peşə Tədris Mərkəzində İsmayıllı Humanitar və Texnologiya Kollecini, Rayon Peşə Tədris Mərkəzinin, rayonun ümumtəhsil məktəblərinin 10-11-ci sinif şagirdlərinin iştirakı ilə və  “Göyçay İnkişaf Mərkəzi” Gənclər İctimai Birliyi Gənclər Fondunun dəstəyi ilə “Mən bu cahana sığmazam, gənclərin yaradıcılıq festivalı” adlı layihəsinin icrasına başlanılıb.
        Görüşü giriş nitqi ilə açan İsmayıllı Peşə Liseyinin direktoru Zaur Muradov bu festivalın gənclər üçün önəmindən, eyni zamanda gənclərin Nəsimi yaradıcılığı ilə yaxından tanış olmalarına imkan yaradan tədbirlərin önəmindən danışıb. Nəsimi haqqında öz biliklərini tələbələrlə bölüşüb və rəhbər işlədiyi mərkəzin hər zaman belə layihələrə dəstək verdiyini qeyd dib
       Daha sonra İsmayıllı rayon İcra Hakimiyyətinin nümayəndəsi Namiq Kərimov çıxış edərək Nəsimi haqqında fikirlərini bölüşüb. Nəsimi yaradıcılığının xalqımızın sosial-ictimai həyatında irs kimi yaşanmasının nə qədər faydalı olduğunu qeyd edib.
       Daha sonra birliyin baş katibi Coşqun İsmayılov iştirakçıları və gəncləri salamlayıb və layihə haqqında ətraflı məlumat verib. C.İsmayılov qeyd edib ki, layihənin məqsədi Nəsimi yaradıcılığına yeni baxış ortaya qoymaq, bu görkəmli şəxsiyyətin irsini gənclərə çatdırmaq, milli mədəni-mənəvi dəyərləri təbliğ etmək və gənclərin bu layihə vasitəsilə bacarıqlarını önə çıxarmaqdır.
        Sonra gənclər arasında sorğu aparılaraq onların bacarıqları ortaya çıxarılıb. Xeyli sayda yeniyetmə və gənc Nəsimi haqqında musiqilər və şeirlər səsləndiriblər. Həmçinin şair barəsində foto-video,reportaj hazırlamaq bacarığı olan, onun şeirlərini musiqi alətlərində müşayət etmək qabiliyyətli yeniyetmə və gənclər ortaya çıxarılıb. Görüş iştirakçıları bu festivalda böyük motivasiya ilə iştirak etmək arzusunda olduqlarını bildiriblər.
     Layihənin seçim mərhələsi bitdikdən sonra, Qəbələ, Göyçay, İsmayıllı rayonlarından seçilmiş (hər rayon üzrə 10, ümumilikdə 30) istedadlı gənc Göyçayda yerləşən "Ədiblər Kompleksi" adlı açıq havada teatr səhnəsində təşkil olunacaq festivalda iştirak edəcəklər.

Keçidlər