Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Qoşakənd sakinləri ilə görüş-qəbul keçirib

27 oktyabr 2019 | 16:00

Qoşakənd kəndinin sakinləri Qərbi Azərbaycandan, Orta Asiyadan qaçqın, Qarabağın müxtəlif rayonlarından köçkün düşmüş, rayonun Varna kəndi torpaq sürüşməsinə məruz qalan zaman buraya köçürülmüş soydaşlarımızdan ibarətdir. Dövlətimizin qayğısı sayəsində onlar evlə təmin olunub. Müasir tipli məktəb yenidən təmir edilib. İcra nümayəndəliyi üçün bina tikilib. Bir neçə il bundan əvvəl Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu kəndə içməli su xətti çəkib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı əsasında Təzəkənd-Ağbulaq-Qoşakənd asfalt yolu çəkilib. Hər bir məcburi köçkün ailəsinə müvəqqəti istifadə üçün torpaq sahəsi verilib. Zəlzələdən ziyan çəkən bir neçə evdə bərpa, təmir və tikinti işləri aparılır.
Görüş-qəbulu giriş nitqi ilə açan İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov bütün bunlardan, rayondakı və ölkədəki inkişafdan, Qoşakənd kənd sakinlərinin hər zaman əsil dövlətçilik mövqeyi nümayiş etdirməsindən ətraflı danışıb.
O, daha sonra qeyd edib ki, diqqət yetiriləsi problemlər mənə bəllidir. Onların həlli üçün rayon icra hakimiyyəti aid Respublika təşkilatları ilə birgə iş aparır. Yerdə həlli mümkün olan məsələlər icra üçün rayon təşkilatlarına yönəldilir.
Rayon icra hakimiyyətinin başçısı çıxışını yekunlaşdırdıqdan sonra iştirakçıları dinləyib. Kəndə qaz çəkilişinə, 20 ədəd elektrik dirəyinin dəyişdirilməsinə, fərdi ev tikintisinə, məktəbin yeni komputerlərlə və əyani-texniki vasitələrlə təminatına köməklik göstərmək xahiş edilib. Hər bir məsələyə dair konkret tapşırıq və icra vaxtı verilib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Nəsir Muxtarlı görüş-qəbulda ətraflı, təhlili çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çoxistiqamətli siyasətinin yüksək nəticələr verməsindən,  əhalinin sosial həyatının zənginləşməsindən, ölkədə hər bir layihənin xalq maraqlarına əsaslanılaraq hazırlanması və icrasından, Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurlu icrasından, dövlətin hər bir vətəndaş üçün məsuliyyət daşıması ilə yanaşı vətəndaşların da dövlətimiz qarşısında daim məsuliyyət daşımalı olduğundan danışıb. Görüş-qəbulla əlaqədar onu da bildirib ki, deyilən hər bir məsələ, təklif, şikayət qeydiyyata götürülür, çəkiliş aparılır, daha sonra qruplaşdırılır, icraçı təşkilatlara yönəldilir. Heç bir problem diqqətdən kənarda qalmır. Daha çox zaman tələb edən məsələlər olduqda prosesdə vətəndaşlara periodik olaraq məlumat verilir.
Görüş-qəbulun yüksək səviyyədə, demokratik qaydada və səmimi şəraitdə keçirilməsi Qoşakənd sakinləri üçün daha səmərəli fəaliyyət stimuluna çevrilib.

Keçidlər