Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti nümayəndə günü keçirilib

27 oktyabr 2019 | 16:00

Rayon İcra Hakimiyyəti başçısı aparatının həftəlik tədbirlər planına uyğun olaraq Heydər Əliyev Mərkəzində növbəti “Nümayəndə günü” keçirilib. RİH başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rüstəm Səmədov iclas iştirakçılarını gündəlikdə duran məsələlərlə onları tanış edib.
Sonra R.Səmədov İƏD üzrə nümayəndəliklərdə təsərrüfatbaşına uçot kitablarının işlənməsini ərazi üzrə geniş təhlillərin aparılmasına imkan verəcək səviyyəyə çatdırılmasını, Nəsiminin 650 illik yubileyi ilə əlaqədar İƏD üzrə nümayəndəliklərin ərazilərində əkilməsi nəzərdə tutulan ağacların yerlərinin hazırlanması, gələcəkdə suvarılması, aqrotexniki qulluq göstərilməsi və mühafizəsinin yerlərdə təşkil edilməsini,  bütün ərazilərdə bu istiqamətdə iməciliklərin təşkil olunmasını bildirmiş və qarşıda duran vəzifələrdən danışaraq İƏD üzrə nümayəndələrə və bələdiyyə sədrlərinə müvafiq tapşırıq və tövsiyyələrini verib.
“Nümayəndə günü” iclasında RİH başçısının İsmayıllı şəhər İƏD üzrə nümayəndə M.Əhmədov, Basqal qəsəbə İƏD üzrə nümayəndə N.Əsədov, Qubaxəlilli kənd İƏD üzrə nümayəndə Y.Calalov və başqaları çıxış edərək gündəlikdə duran məsələlər barədə təkliflərini veriblər.
Sonda iclas iştirakcılarını maraqlandıran sualları cavablandırılıb.

Keçidlər