Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda ilk dəfə səs verən gənclərlə görüş keçirilib

24 oktyabr 2019 | 16:00

24.10.2019-cu il tarixdə “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “İlk dəfə səs verən gənclərin maarifləndirilməsi” layihəsi çərçivəsində İsmayıllı rayon Humanitar və Texnologiya kollecində ilk dəfə səs verən rayon gəncləri ilə görüş keçirilib.
        Tədbirdə İsmayıllı rayon İcra Hakimiyyətinin məsul işçisi Namik Kərimov çıxış edərək tədbirin əhəmiyyətindən danışıb.
        Daha sonra “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Samirə Mustafayeva qarşıdan gələn seçkilərin keçirilməsi ilə bağlı layihənin aktuallığından danışıb. 
         Layıhənin təlimçi-ekspertləri Mətanət Əsgərova və Ruhiyyə Aslanova gənclərə  ilk dəfə səs verən gənclərin seçki prosesinə geniş cəlb olunmasından danışıb, qarşıdan gələn seçkilərdə gənclərə seçki prosesində fəal iştirak etməy tövsiyə olunub və onlara seçkilərdə iştirakın formaları və vacibliyi barədə maarifləndirici təlim-seminar keçirilib.

Keçidlər