Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı rayonunda payızlıq əkin uğurla davam edir.

30 oktyabr 2019 | 16:00

Sentyabr ayının sonlarından başlayaraq rayonumuzda payızlıq səpinə start verilmişdir. Payızlıq səpin üçün 30 oktyabradək 27760 ha sahədə şum çıxarılmış, 15080 ha sahədə isə növbəti ilin məhsulu üçün payızlıq səpin aparılmışdır. Hər gün sahələrə 50-60 ədəd toxumsəpən aqreqat bu işə cəlb olunur. Fermerlər yüksək repraduksiyalı toxumlardan istifadə etməklə yanaşı səpinlə birlikdə mineral gübrələrin tətbiqinə də üstünlük verirlər. Rayonun dağlıq ərazisi olan Müdiri, Sulut, Xankəndi, Bizlan,Təzəkənd kəndlərində səpin başa çatdırılıb. Cari ildə 30400 ha sahədə payızlıq dənlilərin səpini nəzərdə tutulub.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rövşən Yəhyayev və aidiyyəti mütəxəssislər tətəfindən  çıxarılan şumun, aparılan səpinin keyfiyyəti  yoxlanılmış və görülən işlərin   aqrotexniki qaydalara uyğun aparılması üçün fermerlərlə, mexanizatorlara  lazımi tövsiyələr verilmişdir..
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin rəhbərliyi eyni zamanda kəndlərdə fermerlər və kənd təsərrüfatı məhsullarının istehsalçıları ilə görüşlər keçirərək Elektron Kənd Təsərrüfatı İnformasiya sistemində (EKTİS) qeydiyyat, yeni subsidiya mexanizminin tətbiqi, lizinq yolu ilə texnika və damazlıq heyvanların alınması, səpin zamanı yüksək reproduksiyalı toxumlardan və mineral gübrələrdən istifadənin əhəmiyyəti, eləcə də ziyanvericilərlə vaxtında mübarizənin səmərəliyi  barədə ətraflı məlumat veriblər.

Keçidlər