Şriftin ölçüsü :

Saytın rəngi :

Ekoloji təmiz məhsul istehsalı günün aktual məsələlərindəndir.

30 oktyabr 2019 | 16:00

Ekoloji təmiz məhsullar tərkibində zərərli maddələrin miqdarı adi məhsullara nisbətən dəfələrlə az olan, normativlərə uyğun məhsullardır. Bu məhsullar mineral gübrələr, pestisidlər və digər texnogen təsirlərin olmadığı təmiz sahələrdən alınır.

“Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidenti fərman imzalamışdır. Məqsəd insanların, torpağın, heyvanların və bitkilərin sağlamlığını və təhlükəsizliyini təmin edən ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və dövriyyəsi ilə bağlı münasibətləri tənzimləməkdən ibarətdir.

Rayonumuzda aqrar sahədə inkişaf göstəricilərinə görə respublikamızda qabaqcıllar sırasındadır. Burada mütərəqqi texnologiyalar, innovativ metodlar, sənaye texnologiyaları məhsuldarlığın artırılmasının əsas faktorlarıdır.

Bununla yanaşı ekoloji təmiz məhsul istehsalı istiqamətində də rayonda müvafiq tədbirlər həyata keçirilir. Belə tədbirlərdən biri 30 oktyabr 2019-cu il tarixində Türkiyə Respublikasının kənd təsərrüfatı sahəsində 25 illik təcrübəyə malik olan Yaşıl Vadi və Siyahaltın şirkətlərinin “İsmayıllı Quşçuluq” ACS ilə əməkdaşlığı çərçivəsində həyata keçirilib.

Belə ki, həmin şirkətlərin istehsal etdiyi məhşur soğulcan gübrəsi “İsmayıllı Quşçuluq” ASC-nin buğda sahəsində sınaqdan çıxarılacaqdır. Bu məqsədlə bir hektar sahədə həmin gübrənin tətbiqi nəticəsində məhsuldarlığın artım səviyyəsi öyrəniləcək. Şirkət nümayəndələri İsmayıllı rayon İcra Hakimiyyəti, Dövlət Aqrar İnkişaf Mərkəzi, “İsmayıllı Quşçuluq” ASC, Nikitin adına kolxozunun nümayəndələrinin və bir qrup fermerin iştirakı ilə məhşur soğulcan gübrəsi ilə səpin aparılmış, bu istiqamətdə müvafiq fikir mübadiləsi keçirilmişdir.

Növbəti illərdə sözügedən texnologiyanın geniş sahələrdə tətbiqi istiqamətində fermerlər arasında maarifləndirmə tədbirləri davam etdiriləcəkdir.

Keçidlər