Şriftin ölçüsü :

Saytın rəngi :

İƏD üzrə nümayəndələrin müavinləri ilə seminar–müşavirə keçirilib

01 noyabr 2019 | 16:00

Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin həftəlik tədbirlər planına uyğun olaraq Heydər Əliyev Mərkəzində icra nümayəndələrinin müavinləri üçün “İƏD üzrə nümayəndəliklərdə təsərrüfatbaşına uçot kitablarının işlənməsini ərazi üzrə geniş təhlillərin aparılmasına imkan verəcək səviyyəyə çatdırılması” mövzusunda seminar–müşavirə keçirilib.
RİH başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rüstəm Səmədov seminar iştirakçılarını salamlayaraq gündəlikdə duran məsələlərlə onları tanış edib. R.Səmədov İƏD üzrə nümayəndəliklərdə təsərrüfatbaşına uçot kitablarının işlənməsini ərazi üzrə geniş təhlillərin aparılmasına imkan verəcək səviyyəyə çatdırılmasından, “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada vətəndaşların ərizə, şıkayət və təkliflərinə baxılması barədə, İƏD üzrə nümayəndəliklərdə görülən işlər və bu sahədə yol verilmiş nöqsanların aradan qaldırılması, əmək və icra intizamına ciddi riayyət etmələri və qarşıda duran vəzifələrdən danışaraq mövcud olan nöqsanların aradan qaldırılması barədə nümayəndələrin müavinlərinə tapşırıq verib.

Keçidlər