Şriftin ölçüsü :

Saytın rəngi :

Zərgəran kəndində görüş-qəbul keçirilib

23 avqust 2013 | 15:00

21 avqust 2013-cü il tarixdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Zərgəran kəndində səyyar görüş-qəbul keçirib. Səyyar görüş-qəbulda  Mirdaməd Sadıqov həyata keçirilən və perspektivdə olan layihələrdən, sosial-iqtisadi inkişafın sürətləndirilməsi üçün görülən tədbirlərdən, Zərgəranın mövcud problemlərinin aradan qaldırılması yollarından danışıb. Kənddə tibb məntəqəsi və kitabxananın yaradılmasının vacibliyini vurğulayıb.
Kənd sakinləri  başlanan genişmiqyaslı quruculuq işlərinə, İsmayıllıya göstərilən qayğıya görə ölkə rəhbərinə minnətdarlığını bildirib, ümumi və şəxsi problemlərini deyiblər.
Kəndin ümumi problemləri kimi suda və işıq dirəkliklərində olan çatışmazlıqlar qeyd edilib.
Görüşdə səsləndirilən məsələlər qeydiyyata götürülüb və aidiyyəti idarə rəhbərlərinə müvafiq tapşırıqlaq verilib.

Keçidlər