Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət Bayrağı gününə həsr olunmuş mini-futbol yarışı

02 noyabr 2019 | 16:00

Rayonun Olimpiya İdman Kompleksində  İsmayıllı rayon İcra Hakimiyyətinin və Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı, Rayon Təhsil şöbəsinin, Dövlət Humanitar və Texnologiya kollecinin fəal iştirakı ilə Dövlət Bayrağı gününə həsr olunmuş mini-futbol yarışı keçirilib. Tribunalar tamaşaçılarla dolu idi, dəvət olunan komandalar iştirak edirdilər.

Tədbiri giriş sözü ilə RİH-nin ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Murad Məhərrəmov açıb. Dövlət Himni oxunub.

Rayon Ağsaqqallar Şurasının sədri Valeh Salehov dövlət gənclər və idman siyasətinin uğurlarından, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin çoxistiqamətli və sürətli inkişafından, Dövlət bayrağının keçdiyi tarixi yoldan, ölkə rəhbərinin qələbə əzminə əsaslanan xarici siyasətindən ətraflı danışıb.
“Vətənin müdafiəsinə hazıram” hərbi idman oyununda Respublika rayonları arasında birinci yeri tutmuş İstisu tam orta məktəbinin komandası tam tərkibdə Kuboku ilə birgə tamaşaçılara təqdim olunub. Kollecin və Mədəniyyət Mərkəzinin hazırladığı bədii proqram nümayiş etdirilib.
Rayon Gənclər və idman idarəsinin rəisi mini-futbol yarışına komandaları arenaya təqdim edib və yarışın başlandığını bildirib. Yarışın nəticəsi olaraq İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsi komandası birinci, İsmayıllı Olimpiya Kompleksi komandası ikinci, İsmayıllı Qaz İstismar Sahəsi komandası üçüncü yeri tutub.

Keçidlər