Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti “nümayəndə günü” iclası keçirilib

18 noyabr 2019 | 16:00

Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin noyabr ayı üçün tədbirlər planına uyğun olaraq Heydər Əliyev Mərkəzində növbəti “Nümayəndə günü” iclası keçirilib. RİH başçısı aparatının şöbə müdiri Rüstəm Səmədov iclas iştirakçılarını salamladıqdan sonra iclası açıq elan edərək gündəlikdə duran məsələlərlə onları tanış edib. Gündəlikdə duran birinci məsələ-“2020-ci ildən etibarən torpaq mülkiyyətçilərinin Subsidiya İnformasiya sistemində qeydiyyata alınması” ilə bağlı söz İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rövşən Yəhyayevə verildi.
İclasda İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rövşən Yəhyayev pay torpağı olan vətəndaşlara növbəti 2020-ci ildən etibarən subsidiyaların Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin altsistemi olan Subsidiya İnformasiya Sistemi vasitəsilə veriləcəyinə görə torpaq mülkiyyətçilərinin bu sistemdə vaxtında qeydiyyatdan keçmələrinin vaciblini barədə, Dövlət Arxivinin İsmayıllı rayon şöbəsinin müdiri İsa Əkbərov İƏD üzrə nümayəndəliklərin və bələdiyyələrin sənədlərinin Dövlət Arxivinə verilməsinin tezliklə bu işin başa çatdırılmasını qeyd edib.
“Nümayəndə günü” iclasında RİH başçısının Lahıc qəsəbə İƏD üzrə nümayəndə Ə.Əlizadə, İvanovka kənd İƏD üzrə nümayəndə İ.Prokofyev, Talıstan kənd İƏD üzrə nümayəndə S.Şirəliyev və başqaları çıxış edərək gündəlikdə duran məsələlər barədə təkliflərini veriblər.
Sonda R.Səmədov cari məsələlərdən danışaraq yığıncaq iştirakcılarını maraqlandıran sualları cavablandırıb.

Keçidlər