Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları səfərdən kubokla qayıdıblar

18 noyabr 2019 | 16:00

İsmayıllı rayonunun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərindən ibarət 40 nəfərlik qrup noyabr ayının 13-də “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya çərçivəsində Cənub zonasına – Lənkəran, Masallı və Astara rayonlarına  yola salınmışdı. Üç gün davam edən səfər zamanı şagirdlər Lənkəran, Masallı və Astarada olmuş, bu yerlərin tarixi-mədəniyyət abidələri, sosial-iqtisadi həyatı, ilə yaxından tanış olublar.
          “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində üç gün müddətində Lənkəran, Masallı və Astara marşrutu üzrə maarifləndirici tur-aksiyada iştirak edən İsmayıllı şagirdləri noyabr ayının 16-da   rayona geri dönüblər.  Tur-aksiya iştirakçılarını rayon icra hakimiyyətinin, Rayon Təhsil Şöbəsinin nümayəndələri və şagirdlərin valideyinləri qarşılayıblar.
        Məktəblilər bildiriblər ki,  tur-aksiya çərçivəsində Cənub  bölgəsinin qədim tarixi, mədəniyyət abidələri, Heydər Əliyev Mərkəzi, tarix-diyarşünaslıq muzeyi, Gənclər mərkəzi, Bayraq Meydanı, rəsm qalereyaları ilə yaxından tanış olublar. Şagirdlər bu tur çəriçivəsində bölgələrdə çox isti qarşılandıqlarını, Azərbaycanımızın hər bir bölgəsinin sürətlə inkişaf etdiyinin şahidi olduqlarını, səfər zamanı bölgələr barədə zəngin məlumata yiyələndiklərini deyiblər.
Məktəblilərimiz aksiya zamanı səfərdə keçirilən intellektual bilik yarışmasının birincisi olaraq rayona Kubokla qayıdıblar. Bu qələbə qarşılanma zamanı böyük coşqu  və təntənə ilə qeyd olunub. Mərkəzi meydanda qaşılanan şagirdlər səfər zamanı əldə etdikləri zəngin təssüratları qarşılayanlarla bölüşüblər, xatirə olaraq şəkil çəkdiriblər.

Keçidlər