Şriftin ölçüsü :

Saytın rəngi :

İvanovkalı şairənin ilk kitabının təqdimatı

21 noyabr 2019 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə yenidən qurulan, əsaslı təmir olunan konsert və teatr tamaşalarının, şənlik və əyləncə tədbirlərinin müasir tələblərinə uyğun təchiz edilən İvanovka kənd Mədəniyyət sarayında ilk təntənəli tədbir keçirilib. Təsərrüfatda fəal çalışan Tatyana Minnikovanın “Poka dışu-stixi pişu”(nə qədərki nəfəs alıram, şeir yazıram) şerlər kitabının təqdimat mərasimi keçirilib.
     Tədbiri giriş sözü və müəllifi tanıtmaq nitqi ilə Nikitin adına təsərrüfatın müşahidə şurasının sədri Olqa Jabina açıb. Müəllif Tatyana Minnikova şeir yazmağa başladığı tarixdən, Vətəni, Azərbaycanı, doğma kəndi  İvanovkanı vəsf edən, Heydər Əliyev dühasına həsr etdiyi şeirlərin yaranma prosesindən danışıb. Kitabın ərsəyə gəlməsində və İvanovkanın inkişafında xidmətləri olan İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqova və Millət Vəkili Novruz Aslanova təşəkkürünü bildirib.
      Novruz Aslanov və Mirdaməd Sadıqov çıxış edərək kitabın müəllifi Tatyana Pavlovnanın əməksevərliyindən, şeirlərinin siyasi,ideoloji,mənəvi və poetik məziyyətlərindən danışıblar. Qeyd ediblər ki, bu kitabda ümummilli lider Heydər Əliyevə məhəbbət də, ümumilikdə sevgi də, səmimi hisslər də, kövrək notlar da,əməksevərlik, müəllimə,əməkçi insanlara ehtiram da öz əksini tapıb. Ulu öndərə həsr olunan şeirlərdə cənab Prezident İlham Əliyevin şəninə yazılan hörmət və ehtiramla zəngin misralar da əksini tapıb.
       Pensiyaçı müəllim Nadejda Jabina və İvanovka İnzibati ərazi Dairəsi üzrə nümayəndə İvan Prokofyev çıxış edərək İvanovkanın ilk şairi Tatyana Minnikovaya təbriklər ünvanlayıblar.
       İvanovka və Azərbaycan haqqında mahnılar səslənib.
       Sonda müəllif qonaqlara, tədbir iştirakçılarına və təşkilatçılarına diqqət və qayğıya görə təşəkkürünü bildirib onlara kitab təqdim edib.

Keçidlər