Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda Ədliyyə işçilərinin peşə bayramı qeyd edilib

22 noyabr 2019 | 16:00

İsmayıllı Rayon İcra Hakimiyyəti hüquq-mühafizə və ədliyyə orqanları rəhbərlərinin, rayonda fəaliyyət göstərən ədliyyə işçilərinin iştirakı ilə Peşə bayramı gününü qeyd edib.

İştirakçılar əvvəlcə ümumilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər, daha sonra tədbirin davamı üçün RİH-nin konfrans zalına gəliblər.

İsmayıllı Rayon İcra Hakimiyyyətinin başçısı Mirdaməd Sadıqov giriş nitqi ilə tədbiri açıb və ədliyyə işçilərini peşə bayramları münasibətilə təbrik edib.

İsmayıllı Rayon Məhkəməsinin sədri Rafael Şirinov Azərbaycan ədliyyəsinin keçdiyi yolun tarixindən, müasir Azərbaycanın ədliyyə orqanlarının səmərəli fəaliyyətindən, rayondakı ədliyyə işçilərinin dövlət-hüquq siyasətinin həyata keçirilməsində fəal iştirakından danışıb.

Rayon prokuroru Tural Yusifov, rayon polis şöbəsinin rəisi Şəmşir Kazımov, RİH başçısının müavini-YAP rayon təşkilatının sədri Sevil Əhmədova, Dövlət Təhlükəsizliyi Xidməti Rayon şöbəsinin rəisi Samir Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə rayon şöbəsinin rəisi Xamis Bədəlov və başqaları ədliyyə işçilərini peşə bayramları günü münasibətilə səmimiyyətlə təbrik edib, qanunçuluğun möhkəmləndirilməsi, ictimai-siyasi mühitin sabitliyinin saxlanması, insan hüquq və azadlıqlarının qorunmasındakı birgə fəaliyyətlərindən razılıqlarını bildiriblər.

Bir neçə nəfərə İsmayıllı RİH başçısının Fəxri fərmanı təqdim olunub.

Keçidlər