Şriftin ölçüsü :

Saytın rəngi :

“Narkotiklər və psixotrop maddələr haqqında həqiqəti öyrənək” mövzusundə maarifləndirici tədbir.

27 noyabr 2019 | 16:00

27.11.2019-cu il tarixində İsmayıllı Peşə Tədris Mərkəzində    Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçı Qrupunun və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə  “Narkotiklər və psixotrop maddələr haqqında həqiqəti öyrənək” mövzusundə maarifləndirici tədbir keçirildi.
       Tədbiri giriş sözü ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon  Komissiyasının sədri, RİH başçısının birinci müavini Rövşən Ağayev açdı. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçı Qrupunun İnformasiya Sektorunun müdiri Raqif Allahverdiyev, İşçı Qrupunun baş məsləhətçisi Şahin İsmayılov “Narkotiklər və psixotrop maddələr haqqında”geniş məlumat verdilər. Tədbirdə narkotiklər və psixotrop maddələrin fəsadları barədə video çarx nümayiş etdirildi.Tədbirin iştirakçılarına bukletlər paylandı. Həmçinin tədbirdə İsmayıllı rayon prokuroru Tural Yusifof, İsmayıllı Rayon Poliş Şöbəsinin rəisi Şəmşir Kazımov, DTX-nin İsmayıllı Rayon Şöbəsinin rəisi Samir Məmmədov iştirak edirdi. İsmayıllı rayon prokuroru Tural Yusifof, İsmayıllı Rayon Poliş Şöbəsinin rəisi Şəmşir Kazımov “Narkotiklər və psixotrop maddələr haqqında həqiqəti öyrənək” mövzusunda geniş məruzə ilə çıxış etdilər. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırıldı.

Keçidlər