24 iyun 2023-cü il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qalınçaq meşəbəyliyinin ərazisində növbəti ümumrespublika təmizlik aksiyası keçirilib.
Aksiyada İsmayıllı Rayon İcra Hakimiyyətinin, 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və rayonun bir sıra qurumlarının nümayəndələri, o cümlədən İsmayıllı gəncləri aktiv iştirak edib.
Aksiyada toplanmış tullantılar xüsusi nəqliyyat vasitəsilə poliqona daşınıb. Qeyd edək ki, tədbirin keçirilməsində məqsəd - ölkə ərazisində ətraf mühitin məişət və digər
tullantılarla çikləndirilməsinin qarşısının alınması, əhalinin tullantıların düzgün idarə edilməsi ilə ətraf mühitin neqativ təsirlərdən qorunması istiqamətində maarifləndirilməsi, o cümlədən insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişməklə ekoloji vəziyyətin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq və bu sahədə ictimaiyyətlə əməkdaşlığı gücləndirməkdir.