Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni uşaq bağçası istifadəyə verildi

27 avqust 2013 | 15:00

26 avqustda Yaponiya səfirliyinin  maliyyə dəstəyi ilə tikilmiş 40 yerlik uşaq bağçasının açılışı olmuşdur. Təntənəli mərasimi  RİH başçısının müavini Sevil Əhmədova açmış, yeniliklərdə daha çox imzası olan  RİH-nin başçısı Mirdaməd Sadıqov  çıxış etmiş, Yaponiyanın Azərbaycandakı səfirinə, tikintidə əməyi olan hər kəsə təşəkkür etmişdir.
        Səfir Şusuke Vatanabe çıxış edərək fəaliyyətlərində sosial layihələrə  üstünlük verdiyini, qardaşlaşmış  İto şəhəri ilə İsmayıllının münasibətlərinin Azərbaycan-Yaponiya münasibətləri səviyyəsində inkişaf edəcəyini demişdir. Layihəyə dəstək verdikləri üçün  rayon rəhbərliyinə və bağçanın pedaqoji işçi heyətinə  təşəkkür etmişdir. Valideynlər onların ehtiyaclarını nəzərə alıb  bağça tikdikləri üçün rayon rəhbərliyinə və cənab səfirə razılıqlarını bildirmişlər.
       Sonda bağçanın otaqlarına baxış keçirilmiş həyətdə dostluq rəmzi olan ağaclar əkilmişdir.

Keçidlər