Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar kəndlərdə tədbirlər keçirilib.

13 dekabr 2019 | 16:00

Rayonumuzun butun inzibati ərazi dairələri üzrə nümayəndəliklərində Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı ağsaqalların, ziyalıların və gənclərinin fəal iştirakı ilə tədbirlər keçirilib. İƏD üzrə nümayəndəliklərdə dəyirmi masalar, toplantılar və müxtəlif tədbirlər keçirilmiş, Ümummilli Lider Heydər Əliyevin ruhu bir dəqiqəlik sükütla yad edilərək xalqımızın həyatında və inkişafında müstəsna xidmətlərindən söz açılıb. Qeyd edilib ki, Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışının başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edib. Bu gün ölkəmiz bu siyasətin uğurlarını hiss edir və ondan faydalanır. Heydər Əliyev siyasəti Azərbaycanın uğurlarının əsasıdır və gələcəyə istiqamətlənibr.
Tədbir iştirakçıları Ulu Öndərin siyasətini Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla və layiqincə davam etdirildiyini,  Azərbaycanda həyata keçirilən nəhəng quruculuq işlərindən, gündən-günə güclənən iqtisadiyyatımızdan, sürətlə abadlaşan, inkişaf edən respublikamızın qazandığı nailliyyətdən iftixarla danışıblar.

Keçidlər