Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon könüllüləri “Könüllülük həftəsini” fəallıqla başa vurub

14 dekabr 2019 | 16:00

Bildiyimiz kimi,  BMT Baş Assambleyasının təklifi ilə 1985-ci ildən etibarən hər il üzv ölkələrdə 5 dekabr  “Beynəlxalq Könüllülər Günü” kimi qeyd olunur. Eyni zamanda Respublikada da bu gün fəal gənclər tərəfindən böyük coşqu ilə təntənəli qaydada qeyd olunur. Bu münasibətlə Respublikada 1-9 dükabr  tarixlərində “Azərbaycan Könüllülük Həftəsi” kimi elan olunub. Həftə ərzində ölkədə olduğu kimi, rayonun fəal gəncləri müxtəlif aksiyalar, tədbirlər təşkil edərək “Könüllük Həftəsini” müvəffəqiyyətlə başa vurublar.
Həftə ərzində könüllülərlə birgə “Şəhidimiz” kampaniyası, “VətənimİZ” devizi altında yürüşlər, Böyük Azərbaycan şairi İmaddəddin Nəsiminin 650 illik yubleyi ilə əlaqədar keçirilən ağacəkmə aksiyası, rayonun Buynuz kəndində 300 nəfər könüllü ilə birgə təmizlik aksiyası, fəal gənclərlə birgə maarifləndirici görüşlər və digər müxtəlif tədbirlərin keçirilməsi təşkil olunub.
Məlumat üçün bildiririk ki, 2019-cu ilin aprel ayından Rayon İcra Hakimiyyətində könüllülük fəaliyyətinə start verilib və 16 nəfər könüllü fəaliyyətini başa vurub və RİH başçısı tərəfindən onlara sertifikatlar təqdim olunub. Hazırda 4 nəfər könüllü fəaliyyətini davam etdirir. Eyni zamanda bu fəaliyyət növü rayonun digər idarə və təşkilatlarında da davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən Könüllülk fəaliyyətinin geniş şəkildə təşviq olunması ilə əlaqədar tədbirlər bundan sonra da davam etdiriləcək və ölkənin gələcək inkişafına xidmət edəcək istedadlı gənclərin üzə çıxarılması istiqamətində səmərəli işlər aparılacaq .

Keçidlər