Şriftin ölçüsü :

Saytın rəngi :

Dekabr ayı üçün növbəti “Nümayəndə günü” keçirilib

16 dekabr 2019 | 16:00

Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin həftəlik tədbirlər planına uyğun olaraq Heydər Əliyev Mərkəzində növbəti “Nümayəndə günü” keçirilmişdir. Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mahmud Süleymanov iclas iştirakçılarını salamladıqdan sonra İƏD üzrə nümayəndələrin və bələdiyyələrin fəaliyyətinə toxunaraq işlərində daha fəal olmağı tapşırıb.
    RİH başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rüstəm Səmədov gündəlikdə duran məsələlərlə onları tanış edərək, “Azərbaycan Pespublikasında bəzi torpaqlardan istifadənin səmərəliyinin artırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidenti Administrasiyasının 13.05.2019-cu il tarixli 37 nömrəli Sərəncamına əlavə olaraq 27.06.2019-cu il tarixdə təsdiq olunmuş tədbirlər planının icrası ilə əlaqədar sözü Əmlak Məsələləri Dövlət Komitəsi yanında Ünvan Reyestr xidmətinin Şəki layihə-tədqiqat idarəsinin sahə rəisi Arif Rəsulova verib. A.Rəsulov rayon üzrə üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsaslandırıcı sənədlərə malik olmayan, o cümlədən qüvvədə olan şəhərsalma norma və qaydalarına tam riayət edilməməklə inşa edilmiş yaşayış və bağ evlərinin və torpaq sahələrinin qeydiyyatının aparılması barədə ətraflı məlumat verib.
    Karguzarlıq işinin aparılması və etik davranış qaydalarına əməl olunması ilə barədə RİH başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Nazim Səfərov vətəndaşların müraciətləri ilə bağlı karguzarlıq işinin aparılması və etik davranış qaydalarına əməl olunmasına dair İƏD üzrə nümayəndəliklərdə icra vəziyyəti barədə geniş danışaraq öz tapşırıqlarını verib.
Sonra R.Səmədov İƏD üzrə nümayəndəliklərin 2020-ci ilin birinci yarım ili üçün iş planlarının hazırlanmasından və İƏD üzrə nümayəndələrin və bələdiyyələrin 2019-cu il ərazində gördüyü işlərə dair hesabatların hazırlanmasından danışaraq qısa müddət ərzində hesabat arayışlarını hazırlayaraq RİH başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinə təqdim etmələrini, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasıbəti ilə İƏD üzrə nümayəndəliklərdə tədbirlərin keçirilməsi, ərazilərdə və magistral yol kənarlarında bayram təbriki üçün plakatların hazırlanaraq asılması və ağacların bəzədilməsi barədə İƏD üzrə nümayəndələrə və bələdiyyə sədrlərinə müvafiq tapşırıq və tövsiyyələrini verdi.
Sonda yığıncaq iştirakcılarını maraqlandıran suallar cavablandırılıb.

Keçidlər