Şriftin ölçüsü :

Saytın rəngi :

Tibbi sığorta sisteminin tətbiqi ilə bağlı maarifləndirici tədbir keçirilib.

18 dekabr 2019 | 16:00

İcbari tibbi sığorta həmrəylik prinsiplərinə əsaslanan sosial layihədir. Məqsədi səhiyyənin maliyyələşdirilməsini təkmilləşdirmək, əhaliyə etibarlı, keyfiyyətli, səmərəli tibbi xidmətlərin göstərilməsini etməkdən  ibarətdir.
      “Tibbi sığorta haqqında Azərbaycan Respublikası Qanunu”nun tətbiqinə 2020-ci ilin yanvar ayından başlanacaqdır. İsmayıllı da tibbi sığortaya cəlb olunan ilkin rayonlardandır. Hazırda Rayon Mərkəzi xəstəxanasında bu istiqamətdə hazırlıq işləri həyata keçirilir.
       Dekabrın 17-də rayonun uşaq-gənclər kitabxanasında “Ölkə üzrə icbari tibbi sığorta sisteminin tətbiqi” mövzusunda əhali qrupu ilə maarifləndirici görüş keçirilib.
       Tədbiri RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Murad Məhərrəmov açıb,ölkədə aparılan uğurlu səhiyyə islahatları barədə məlumat verib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səhiyyə sahəsinə göstərdiyi diqqət və qayğıdan danışıb.
        İsmayıllı RMX baş həkiminin müavini Abdullətif Maqsudov İcbari Tibbi Sığortanın tətbiqi ilə bağlı rayonda görülmüş işlər və həyata keçirilən tədbirlər barədə iştirakçıları məlumatlandırıb.
        İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məsul əməkdaşı Elvin Abbasov “İcbari tibbi sığorta sistemi :Xidmətlər zərfi” mövzusunda məruzə edib.
        RİH başçısı aparatı ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nəsimi Teymurov İcbari Tibbi Sığortanın tətbiqinin əhəmiyyəti və əhalinin sağlamlığının daha keyfiyyətli qorunması barədə danışıb.
          Sonda verilən suallar cavablandırılıb.

Keçidlər